"Bolt" sürücüləri işlərini dayandırdı

Sosial şəbəkələrdə "Bolt" taksi xidmətində çalışan sürücülərin qiymət azlığı səbəbindən işi dayandırdığını əks etdirən video yayılıb.

Index.az xəbər verir ki, sürücülər aşağı qiymətə işləmək istəmədiklərini bəyan edirlər. Yüzlərlə sürücü bu səbəblə maşınları saxlayaraq etiraz edirlər.

Qeyd edək ki, zaman-zaman sürücülər qiymət azlığından şikayət edirlər. Amma nəzərə alsaq ki, taksidə fəaliyyət göstərən maşınların əksəriyyəti aşağı sinifdir, qiymətləri normal hesab etmək olar. Lakin şirkət xidmət haqqını azaltmaqla bu problemi həll etməlidir. Müştərilərin cibinə girməklə bunu etmək olmaz.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan