Əhalinin gəlirləri 1% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 170,4 milyon manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 0,7% artaraq 3 712 manata yüksəlib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan