Image description

Bu ilin yanvar-fevral aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 138,4 mln. manat xərcləyib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 51% və ya 47,1 mln. manat artıb.
Bu ilin fevral ayında satışların həcmi 69,7 mln. manat təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,4% və ya 1 mln. manat artıb.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 0,7 faiz bəndi çoxdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz