Image description

Bu il fevralın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 min nəfər və yaxud 2,6 % artaraq 1684,4 min nəfər olub.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 769,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumata görə, muzdla işləyənlərin 19,6 %-i təhsil, 18,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 %-i sənaye, 8,3 %i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 %-i tikinti, 6,7 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 1,7 %-i maliyyə və sığorta fəaliyyəti, 13,6 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 % azalaraq 690,9 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.