Bill Geyts Bakının mərkəzində hotel sahibi oldu

ABŞ-lı milyarder Bill Geytsə məxsus Cascade Investment şirkəti Four Seasons hotellər şəbəkəsinin nizamnamə kapitalındakı payını 47.5%-dən 71.25%-ə çatdırıb.

Index.az Wall Street Journal-a istinadən xəbər verir ki, əqdin dəyəri 2.21 milyard dollar təşkil edir.

Məlumata əsasən, milyarderin investisiya fondu Səudiyyə Ərəbistanının Kingdom Holding şirkətinə məxsus 23.75%-lik səhm paketini alıb.

Əqd sayəsində Four Seasons hotellər şəbəkəsinin bazar dəyəri 10 milyard dollara çatdı.

Four Seasons hotellər şəbəkəsinin əsası 1960-cı ildə kanadalı İsador Şarp tərəfindən qoyulub. Hazırda Şarp 5%-lik səhm paketinə sahibdir. Four Seasons çətiri altında 47 ölkədə 120 hotel və 46 başqa daşınmaz əmlak birləşib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan