Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.

İndex.az xəbər verir ki, "Report"un Qərb Mərkəzinin məlumata görə, N.Quliyev sentyabrın 7-də saxlanıldığı təcridxanda ölüb.

Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, N.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan