IMF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı 3 illik proqnoz

Bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) cari qiymətlərə həcmi 84,853 milyard manata (49,914 milyard ABŞ dollara) çatacağı gözlənilir.

İndex.az Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verir ki, bu göstərici, 2020-ci ilin faktiki göstəricisindən 17,1 % çoxdur.

Azərbaycanda nominal ÜDM 2022-ci ildə 86,463 milyard manat (50,861 milyard ABŞ dolları), 2023-ci ildə isə 88,934 milyard manat (52,314 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır. Bu, muvafiq olaraq əvvəlki ilin proqnozu ilə müqayisədə 1,9 % və 2,9 % çoxdur.

IMF-in proqnozlarına görə, bu il Azərbaycanın real ÜDM-si ötən ilin faktiki göstəricisi ilə müqayisədə 2,3 % artaraq 29,213 milyard manata çatması gözlənilir.

Məlumata əsasən, 2022-ci ildə real ÜDM 29,708 milyard manat (əvvəlki ilin proqnoz göstəricisi ilə müqayişsədə 1,7 % çox), 2023-cü ildə isə 30,214 milyard manat (1,7 % çox) təşkil edəcəyi gözlənilir.

Report

Bizi Facebook-da izləyin: INdexAzerbaijan