"Azərsu" məhkəməyə verildi

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Azərsu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

İndex.az xəbər verir ki, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, "Azərbaycanfilm" “Azərsu” ASC-yə qarşı su enerjisinin ödənilməsi barədə tələb irəli sürüb.

Məhkəmənin hazırlıq iclasının vaxtlı hələlik məlum deyil.

İddia hakim Emin Əliyevin icraatına verilib.




©Report

Bizi Facebook-da izləyin: INdexAzerbaijan