Dünyanın ən yaxşı universitetləri - TOP 10

Böyük Britaniyanın "Times Higher Education" jurnalı dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinqini ("World University Rankings THE") dərc edib.

İndex.az sözügedən reytinqə istinadən xəbər verir ki, siyahının ilk onluğuna yalnız Britaniya və Amerika universitetləri yer alıb. Belə ki, reytinqin lideri Britaniyanın Oksford Universiteti olub. İlk üçlüyə ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu və Harvard Universiteti daxil olub.

ABŞ-ın Stenford Universiteti dördüncü, Britaniyanın Kembric Universiteti beşinci olub. İlk onluqda həmçinin Massaçusetts Texnologiya İnstitutu (MIT – 6-cı yer), Prinston (7-ci yer), Kaliforniyanın Berkli Universiteti (8-ci yer), Yel Universiteti (9-cu yer) və Kolumbiya Universiteti yer alıb.

Qeyd edək ki, ümumiyyətlə, reytinqə dünyanın 99 ölkəsinin 1 600 ali təhsil müəssisəsi daxil olub. Universitetlər beş qrupa birləşdirilmiş 13 parametr üzrə qiymətləndirilib. Bunlar elmi məqalələrdən sitat gətirmək, innovasiyaya töhfə vermək, tədqiqat fəaliyyətindən əldə olunan gəlir, tədrisin keyfiyyəti və universitetin qloballaşma dərəcəsidir (ən yaxşı əcnəbi işçilərin və tələbələrin cəlb edilməsi).

Bizi Facebook-da izləyin: INdexAzerbaijan