Keçmiş icra başçısı həbsdə qaldı

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məhkəmədə sabiq icra başçısının vəkilləri onun səhhətindəki problemlə əlaqədar barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Vəsatətə növbəti məhkəmə prosesində münasibət bildiriləcək.Məhkəmənin hazırlıq iclası sentyabrın 3-də davam etdiriləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan