Ronaldo “Mançester Yunayted”də nə qədər maaş alacaq?

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun “Mançester Yunayted”dəki maaşı bəlli olub.

İndex.az xəbər verir ki, 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq.

Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun “Yuventus”dakı qazancından 2 milyon azdır.

Qeyd edək ki, Kriştiano 2003-09-cu illərdə də Mançester təmsilçisində oynayıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan