Dünyanın ən çox satılan avtomobil brendləri - SİYAHI

Ötən il pandemiya səbəbindən qobal miqyasda insanlar daha az avtomobil alıb.

İndex.az xəbər verir ki, 2019-cu illə müqayisədə satışlar 22% azalıb. Lakin bir sıra brendlər bazarda öz hökmran mövqelərini qoruya bilib.

ABŞ-da son 40 ildə olduğu kimi, yenə də ən çox üstünlük verilən Fordun F seriyalı avtomobilləri olub. Argentina və Avstraliya kimi ölkələrdə Toyota pikapları çox satıldığı halda, İsveçrə sürücüləri Çexiya istehsalçısı Skoda-nın orta ölçülü sedanını seçiblər.

Bəs ən çox satılan model hansıdır?

Yapon nəhəngi Toyota ötən il satışlarda Volkswagen-i də qabaqlayıb və son 5 ildə ilk dəfə olaraq dünyanın ən çox satılan avtomobil brendi adını qazanıb. Toyota 2020-ci ildə 9,5 milyon avtomobil satdığı halda (-11,3%), Volkswagen-də bu göstərici 9,3 milyon ədəd olub (-15%).

Toyota 44 müxtəlif ölkədə ən çox seçilən avtomobil markası olub. Corolla sedanı (1,1 milyon ədəddən çox) və Rav4 kompakt SUV (995 min ədəd) 2020-ci ilə dünyanın ən çox satılan 2 avtomobili olub. Corolla 6 ölkədə, o cümlədən İrlandiya, Finlandiya və Tayvanda lider olub. Rav4 isə 5 ölkədə, o cümlədən Estoniya, İslandiya və Ukraynadakı satışlarda birinci yeri tutub.

Ən çox Volkswagen alan ölkələrin sayı 14-dür. Bunların içərisində Almaniya (VW Golf), Norveç (Audi E-tron SUV) və Niderland (VW ID.3 elektrikli hatchback) xüsusilə seçilir.

Böyük ölkələrdə yerli brend dəbdədir...

ABŞ və Kanadada Ford-un F-150 modeli ən çox satılan avtomobildir. Rusiyada AvtoVaz-ın və Renault Group-un buraxdığı, 7000 dollara yaxın qiyməti olan Lada Granta liderdir. Hindistanda isə Suzuki-nin ölkədək filialı tərəfindən buraxılan, qiyməti 7800 dollar olan Maruti Swift ən çox üstünlük verilən model olub.



©Marja

Bizi Facebook-da izləyin: INdexAzerbaijan