Azərbaycanın ilk vaksini hazırlanır - RƏSMİ

Azərbaycanda ilk dəfə vaksin yaradılması ilə bağlı tədqiqatlara başlanıb.

İndex.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı "Twitter" hesabında məlumat paylaşıb.

“Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib”,- deyə R.Bayramlı qeyd edib.




Modern.az

Bizi Facebook-da izləyin: INdexAzerbaijan