Messinin göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb

Fransanın PSJ klubunun yeni transferi Lionel Messinin İspaniya "Barselona"sı ilə vidalaşarkən göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb.

İndex.az "Mercado Libre" saytına istinadən xəbər verir ki, salfetə 1 milyon ABŞ dolları qiymət qoyulub.

Argentinalı futbolçu avqsutun 8-də təşkil olunmuş mətbuat konfransında çıxış edərkən göz yaşlarını saxlaya bilməyib. 34 yaşlı hücumçunun özünə gəlməsi üçün təqribən 1 dəqiqə vaxt lazım olub.

Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə bağlayıb.



Report

Bizi Facebook-da izləyin: INdexAzerbaijan