İqtisadiyyatımız 3%-dək böyüyüb - RƏSMİ

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 47 262,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1% azalıb, qeyri neft-qaz sektorunda isə 5,3% artıb.

ÜDM istehsalının 40,3 faizi sənaye, 10,3 %-ini ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 %-i tikinti, 1,8 %-i informasiya və rabitə, 1,1 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 4 720,8 manata bərabər olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan