Deputat: “Eldəniz Səlimovla bağlı çıxışıma görə həmkarlarım liftdə mənimlə birlikdə qalxmağa qorxurlar”

“Əvvəllər də bəzi həmkarlarım çıxışlarıma görə mənə soyuq münasibət bəsləyirdilər, qaçırdılar. Amma o zaman bu, mənə pis təsir etməmişdi. Milli Məclisin növbədənkənar plenar iclasında Eldəniz Səlimovla bağlı etdiyim çıxışa görə həmkarlarım liftdə mənimlə birlikdə qalxmağa qorxurlar”.

İndex.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, həmkarı-ən yaxın dostu onu övladının toyuna dəvət etməyib: “Təsəvvür edirsinizmi? Mən heç kəsdən qorxmuram. Sosial şəbəkələrdə və bəzi media orqanlarında mənə şər, böhtan atırlar. Hüquqşünas Aslan İsmayılov deyir ki, Tahir Kərimli Eldəniz Səlimov məsələsində mənsub olduğu klanı müdafiə edir. Bilmirəm, hansı klanı deyir... Sən hüquqşünassan, bilməlisən ki, mən qanunu müdafiə edirəm. 22 il işsiz qalmışam. Qohumlarım yalvarır ki, işləyirsən, biz də işləyirik, çörəyimizə dəymə, yazığın gəlsin. Hər şeyi gözə alıram. Eldəniz Səlimovla çay içməmişəm, amma həqiqəti demək lazımdır. Nahaq işə dözə bilmərəm, Eldəniz təqsirkardırsa, cəzasını alsın, amma əməlinə uyğun... Camaat məni niyə söyür, deputatı deyil, vətəndaşı, haqqı müdafiə edirəm. Oğlumun 33 yaşı var, toy etsəm, belə vəziyyətdə hansı həmkarımı çağıra bilərəm? Varlı, vəzifəli adamım yoxdur. Hamısını xalqın yolunda qurban vermişəm. Hanı mənim villam, milyonlarım?”.

Deputat bildirib ki, 6 dövlətlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olsa da, indiyədək xarici səfərlərə dəvət edilməyib: “Görünür, mənə inanmırlar. Bir müddət öncə, Pakistana səfər oldu, orada iştirak etdim...”




©Pravda.az

Bizi Facebook-da izləyin: INdexAzerbaijan