Hər məhəllədə "Bravo Market" olacaq - EKSKLÜZİV

2023-cü ildən etibarən "Bravo Market" məhəllələrarası market şəbəkəsinin qurulmasına başlanacaq.

Bu barədə Index.az-a məlumatlı mənbə danışıb.

"Məhəllələrarası "Bravo Market"lərin yaradılması qərarı verilib. Bunun üzərində komanda işləyir. 2023-cü ildən etibarən layihənin reallaşmasına başlanacaq", - deyə mənbə bildirib.

O əlavə edib ki, hazırda "Bravo Market" filial şəbəkəsinin genişləndirilməsi üzərində işləyir Hazırda "Bravo Market"in 70-ə yaxın filial fəaliyyət göstərir. Şirkət Bakıda yeni hiper marketinin açılışı üzərində işləyir. İctimai iaşə obyekti Heydər Əliyev prospektində yerləşir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan