Image description

İqtisadiyyat naziri yenə də bildirib ki, "kölgə iqtisadiyyatı" ilə mübarizə davam etdirilməlidir.

İndex.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, əlbəttə davam etdirilməlidir, mümkün olan ən aşağı həddə qədər məhdudlaşdırılmalıdır: “Amma burda bir "əmma" var: nazir nədən "kölgə iqtisadiyyatı"nın real miqyasının nə qədər olduğunu açıqlamır cəmiyyətə?”

Ekspertin fikrincə, eləcə də ayrı-ayrı sahələr üzrə qara iqtisadiyyatın payının nə qədər olduğu niyə açıqlanmamlıdır?: “Kölgədə gizlənən, müqaviləsiz işləyən faktiki muzdlu işçilərin mümkün sayı nə qədərdir? Onların hesabına rəsmiləşdirilməyən real əmək haqqı fondu nə qədərdir? Biznesin gizlətdiyi real dövriyyə nə qədərdir, bu dövriyyədə real olaraq nə qədər mənfəət və vergi gizlənir?”

R. Ağayev deyir ki, niyə bu suallara cavab verən bir rəsmi araşdırma, bu araşdırmaya əsaslanan "kölgə iqtisadiyyatı ilə mübarizə Strategiyası" olmamalıdır?: “Bunlar olmayandan sonra "kölgə iqtisadiyyatı" ilə mübarizə davam etdirilməlidir" bəyanatı çox sönük səslənir”.