Image description

"Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun "Şəki Park” otelinə sahib olması ilə bağlı məlumat yayılıb. "Şəki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1, 2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var. 

İndex.az xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında iqtisadçı ekspert Qubad İbadoğlu yazıb.

Onun sözlərinə görə, Abid Şərifov reaksiyası belə olub: "Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?""

"Abid Şərifovun açıqlamasından belə nəticə çıxır ki, məndən niyə yazırsınız məndən də böyükləri var, gedin onlardan yazın. Yəni onu məntiqi ilə balaca oğurluq  (əgər "Şəki Park"a balaca demək mümkündürsə) deyil, oğrular daha böyük biznesə malik olanlardır. Baxın, bu təfəkkürün sahibi Azərbaycanda 23 il baş nazirin müavini vəzifəsində çalışıb. 

Abid Şərifov, oğurluğun xırdası və irisi olmur, hamısı oğurluqdur, cinayətdir, o sıradan da nəvənin tikdikləri də sənin xalqdan və dövlətdən oğurladığın vəsaitlərin hesabınadır. Çox böyük ehtimalla "Şəki Park” oteli sizin oğurladığının çox xırda hissəsinə başa gəlib, necə deyərlər babadan nəvəyə "pay" olub, amma böyük günah edib, onu da haram işlərinizə qarışdırırsınız, pulun var ona yaxşı təhsil verin ki, sizdən sonra daimi gərəyi olsun. Yoxsa, bu hakimiyyət dövründə "Şəki Park” otelini də siz öləndən sonra nəvənizin əlinizdən alacaqlar. Sadəcə indiki pandemiya dövrünə hotellər hələ heç kimi maraqlandırmır. 

Sonda istərdim ki, Allahdan sizə daha uzun ömür arzulayım ki, Azərbaycan xalqı sizin dövlətdən mənimsədiklərinə görə ədalət məhkəməsində mühakimə olunmağınızı görsün. Yoxsa, rahat yaşayıb, asan ölməyiniz çox böyük ədalətsizlik olardı. Yüz yaşayın!", ekspert qeyd edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz