Image description

“Ziraat Bank Azərbaycan”ın rəhbərliyində ciddi dəyişiklik olub.

Səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, İdarə Heyətinin sədri isə Selçuk Demir təyin edilib.

Selçuk Demir 2015-ci ildən “Ziraat Bank Azərbaycan”nin İdarə Heyətinin sədri vəzifəsini daşıyan Avni Dəmirçini əvəzləyib.

Yeni sədr “Ziraat Bank” ailəsinə 2001-ci ildə qoşulub. Müxtəlif illərdə “Ziraat Bank”ın fərqli filiallarının müdiri, qrup rəhbəri, bölgə kordinatoru vəzifələrində çalışıb. Son vəzifəsi “Ziraat Bank İstanbul-1” bölgə müdiri olub.

Səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Müşahidə Şurasının sədri Bilgehan Kurunu İlker Mete əvəzləyib. Bundan başqa, Tahir DemirkıranZaffer Aydının yerinə Altan GülerKemalettin Bayat təyin olunub.

Qeyd edək ki, İlker Met həm də “Ziraat Bank”ın İnsan resursları üzrə qrup rəhbəridir. Digər iki şəxs isə “Ziraat Bank”da pərakəndə bankçılıq blokuna rəhbərlik edir. Bu isə onu deməyə əsas verir ki, indiyədək biznes kreditlərə üstünlük verən “Ziraat Bank Azərbaycan” istehlak kreditləşməsində də ciddi artıma köklənəcək.

Bizi Telegram-da izləyin: t.me/indexaz