Image description

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Kosmik Agentliyin İdarə Heyətinin yeni sədri Saməddin Əsədov ekstremal idman növü ilə məşğuldur.

Index.az xəbər verir ki, 2019-cu ildə Əsədov Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzünü (4466 m) və Avropanın ən yüksək zirvəsi olan Elbrusu (5642 m) fəth edib. O, həmin dönəmdə "Azərkosmos" ASC-nin Maliyyə departamentinin direktoru olub.

Xatırladaq ki, prezident İlham Əliyev Saməddin Əsədovun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Kosmik Agentliyin İdarə Heyətinin sədri təyin olunması haqqında sərəncam imzalayıb.

Bu təyinatadək Əsədov Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Kosmik Agentlik dövlət başçısının 27 aprel 2021-ci il tarixli fərmanı ilə "Azərkosmos"un bazasında yaradılıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz