Image description

Bu il Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı məlum olub.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14778 nikah və 5423 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5, boşanmaların sayı isə 1,6 olub.

Bizi Telegram-da izləyin: t.me/indexaz