Image description

Bakıda "Mona Liza" restoranında keçirilən toya görə Daxili İşlər Nazirliyi hərəkətə keçib.

İndex.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu barədə açıqlama verərək bildirib ki, iyunun 11-də Nərimanov rayonunda yerləşən "Mona Liza" restoranında toy keçirilməsi ilə bağlı məlumat təsdiqini tapıb:

"Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb. Müəyyən edilib ki, iyunun 11-də saat 19:00-dan 22:30-a qədər az sayda qonağın iştirakı ilə toy mərasimi keçirilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib. Restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib, administrator Musa Balazadə barəsində də protokol tərtib edilib. Toy iştirakçısı olan təxminən 20 nəfərə xəbərdarlıq edilib və xüsusi karantin rejimi dövründə belə mərasimlərin keçirilməsinin yolverilməz olduğu bildirilib".

Qeyd edək ki, "Mona Liza" restoranının Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus olduğu iddia edilir.






©Yeniavaz

Bizi Telegram-da izləyin: t.me/indexaz