Image description

Hyundai markalı avtomobillərin Azərbaycanda səlahiyyətli və yeganə rəsmi distributoru “Auto Azerbaijan” MMC barəsində cərimə protokolu tərtib edilib.

İndex.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi göndərilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxildir.

“Hyundai” avtomobil markasının rəsmi eksklüziv distribütorudur.




©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz