Image description

31 dekabr 2020-ci il tarixinə "Kapital Bank"ın kredit portfelinin 464.335 milyon manatlıq hissəsi 12 ən iri borcalanın əlində cəmləşib.

Index.az xəbər verir ki, bu barədə bankın audit hesabatında deyilir.

Bu müştərilərə ayrılan vəsait ümumi kredit portfelinin 21%-ni təşkil edir.

Ayrılan kreditlər üçün 7.923 milyon manat məbləğində ehtiyat yaradılıb.

"Kapital Bank" 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245,85 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu "PAŞA Holdinq" MMC-dir.

Bizi Telegram-da izləyin: t.me/indexaz