Image description

“Bakı Metropoliteni”ndə qiymət artımının olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

İndex.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu səlahiyyət təmsil etdiyi quruma məxsus deyil:

“Biz metroda gedişhaqqının artırılması ilə bağlı qərar verə bilmərik. Metroda gedişhaqqını Tarif Şurası müəyyənləşdirir. Biz isə bu barədə hələ ki, Tarif Şurasına müraciət etməmişik. Mayın 31-dən fəaliyyətini bərpa edəcək metro stansiyalarında gedişhaqqı əvvəlki qiymət olacaq. Metroda gedişhaqqının 97 qəpik olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar yalandır”.

Bizi Telegram-da izləyin: t.me/indexaz