Image description

Auditlə əhatə olunan dövrdə 7 (yeddi) rezident bank tərəfindən ümumilikdə ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında manat ekvivalentində 1.1 mlrd. manat dəyərində xarici valyuta vəsaitləri (əsasən ABŞ dolları və Avro ilə olan pul banknotları) ixrac olunub.

Index.az bu barədə Hesablama Palatasının Azərbaycan Respublikasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatındakı rəyə istinadla bildirir.

Palata rəyində qeyd edilir ki, bu pul vəsaitlərinin də son təyinat ünvanı olan xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmamışdır.






©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz