Image description

Toğrul Əhmədov “Neqsol Holding”in baş hüquq inzibatçısı təyin edilib.

Əhmədov enerji sektorunda 17 illik hüquq təcrübəsinə malikdir. O, 2020-ci ilin dekabrından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təyinat alıb. 2021-ci ilin yanvarından 2021-ci ilin dekabrına qədər İnsan resursları departamentinin direktor müavini kimi çalışırdı. Daha əvvəl isə “BP Azerbaijan”da çalışıb.

2018-ci ilin mayından 2021-ci ilin fevralına qədər “Neqsol Holding”in baş hüquq inzibatçısı Emin Kərimov olub. Bu cari ilin ilk rübündə holdinqdən ayrıldığını açıqlamışdı.

Bizi Telegram-da izləyin: t.me/indexaz