Image description

Son günlər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları katalizatoru olmayan avtomobilləri mühafizə olunan duracağa yerləşdirərək sürücülər barəsində 150 manat cərimə tətbiq edirlər. Index.az-ın məlumatına görə bu məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov bildirib ki, avtomobilin dəm qazının normadan artıq olub-olmamasını qaz analizatorla yoxladıqdan sonra müəyyən etmək mümkündür.

Katalizatoru olmayan avtomobillərin duracağa aparılması məsələsinə gəldikdə isə hüquqşünas bildirib ki, katalizatoru olmayan avtomobilin duracağa aparılması qanunvericilikdə nəzərdə tutulmayıb. Sürücüyə sadəcə xəbərdarlıq edilməlidir ki, bu nasazlığı aradan qaldırsın.

Ətraflı videosüjeti təqdim edirik:

Bizi Telegram-da izləyin: t.me/indexaz