Image description

İşğaldan azad olunan ərazilərimizdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli Hava Limanı bu ilin payızında istifadəyə veriləcək.

İndex.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov hazırda Azərbaycanda inşası aparılan və tezlikıə fəaliyyətə başlayacaq hava limanları barədə şərh edərkən bildirib.

Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin iştirakı ilə ötən həftə Zəngilan hava limanının təməl qoyma mərasimi keçirildi: “Laçında hava limanın inşaatı üçün yer seçimi yekunlaşmaq üzrədir. Bizə ən çox müraciət edilən suallardan biri də həmin bölgəmizdə nə üçün 3 hava limanına ehtiyacın olması barədədir”.

V. Bayramov deyir ki, iqtisadi qiymətləndirmələr göstərir ki, işğaldan azad oluna ərazilərimizdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq: “Füzuli Hava Limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Sözügedən hava limanı Zəfər Yoluna inteqrasiya olunduğundan tursit səfərlərini asanlaşdıracaq”.

Millət vəkili bildirib ki, Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq: “Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq həm sərnişin, həm də beynəlxalq yük daşımalar baxımdan Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan ilə Füzuli Hava Limanının iqtisadi göstəriciləri demək olar eynidir. Hava limanıarı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək”.

Onun fikrincə, Laçın Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımdan vacibdir. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda
beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır”.

Bizi Telegram-da izləyin: t.me/indexaz