Image description

Müğənni Aslan Hüseynov vəfat edib.

İndex.az Baku TV-yə istinadən xəbər verir ki, onun yol-nəqliyyat hadisəsi zamanı öldüyü deyilir.

Qəza zamanı 55 yaşlı ifaçının yanında olan sərnişinin də vəfat etdiyi bildirilir.

Qeyd edək ki, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.

*******

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev “Report”a bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb:

"Belə ki, müğənni Aslan Hüseynova məxsus BMV markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib".