Image description

2020-ci ildə "Unibank" ASC səhmdarlarına 5 milyon 82.9 min manat dividend ödəyib.

İndex.az xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, ödəniş sənədsiz, adlı, adi səhmlər üzrə həyata keçirilib.

"Unibank" 2002-ci ildə təsis olunub. Maliyyə təşkilatı 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi əsasında yaradılıb.

Bankın nizamnamə kapitalı 125.686 milyon manatdır. "Unibank"ın səhmlərinin 86.4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13.6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur. Başqa sözlə, Eldar Qəribova mənfəət bölgüsündən təxminən 4.4 milyon manat ödənilib.

Onu da qeyd edək ki, bu günlərdə Index.az təcrübəli bankir Eldar Qəribov haqqında geniş araşdırmasını təqdim edəcək.

Bizi Telegram-da izləyin: t.me/indexaz