Image description

“AccessBank” 2020-2021-ci illərdə xarici əməliyyatlar həyata keçirmiş müştərilərinin hesablarından ƏDV tutur.

Bankdan bildirilib ki, Vergi Məcəlləsinin 173.1-ci maddəsinə əsasən, 20.01.2020-19.02.2021 tarixləri arasında aparılmış elektron ticarət və ya onlayn xidmətlərə görə fiziki şəxslər 18% dəyərində ƏDV ödəməlidir.

Bundan başqa, vergi orqanlarında qeydiyyatdan keçməmiş və onlayn xidmətlər alan fiziki şəxslər, həmçinin xarici ölkələrdə təşkil olunan lotereyaların, digər yarış və müsabiqələrin iştirakçıları olan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan dövr üçün ƏDV ödəməlidirlər.

Cari vergi Vergi Məcəlləsinin 173.1 bəndinə əsasən, 2017-ci ildən tutulur. Vergi, əməliyyatı icra edən yerli bank və ya xarici bankın ölkədəki filialları tərəfindən vətəndaşın hesabından silinərək dövlət büdcəsinə ödənilir. Texniki səbəblərdən Bank cari vergini 20.01.2020-19.02.2021 tarixləri ərzində tutmayıb.

“AccessBank” müştərilərinin rahatlığı üçün ƏDV-ni onların bank hesablarından siləcək. Müştərilərə anlayışları üçün təşəkkür edir və proseslə bağlı olaraq, hər hansısa sualları yarandığı halda “AccessBank”ın 151 Əlaqə mərkəzinə müraciət etmələrini xahiş edirik”, - deyə açıqlamada bildirilir.

Fed.az

Bizi Telegram-da izləyin: t.me/indexaz