Image description

Mərkəzi Bank (AMB) yeni inzibati binasının tikintisinə 450 milyon  manat xərclənəcək. Əvvala, planlaşdırılan vəsait həddindən çox şişirdilmiş görsənir. Baxın, 32 mərtəbəli 1 inzibatı binanın tikintisinə xərclənəcək 450 milyon  manat baş bankir Elman Rüstəmovun anadan olduğunuz Cəbrayıl rayonunun bütövlükdə bərpası üçün nəzərdə tutulan vəsaitin 20 faizi qədərdir.

İndex.az xəbər verir ki, bunu tanımmış iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib. 

Onun sözlərinə görə, ikincisi, hazırkı dövrdə bu qədər israfçılığa etmək olmaz: “Nəzərə alsaq ki, Qarabağın böyük bərpa planı üçün yaxın 3 ildə 8,6 milyard manat xərclənməlidir. Bu xərci ödəməyə gücü çatmayan, maliyyə təminatını borc vəsaitləri hesabına xaricdə axtaran, pul yığmaq üçün gündə bir Fond yaradan ölkənin AMB-nin bu qədər bədxərclik etməsinə nə lüzum var?” 

Ekspertin fikrincə, nəhayət, bankların bağlandığı, manatla və valyuta ilə  depozitlərin həcminin azaldığı, cəmi kredit qoyuluşlarının aşağı düşdüyü, milli iqtisadiyyatda 4 faiz enişin qeydə alındığı indiki şəraitdə belə bahalı inzibatı binanın tikintisinə 450 milyon manatın xəcrlənməsinə qərar verənlər başa düşməlidirlər ki, böyük binaların istismar və saxlanma xərcləri də çox olur: “Onsuz da belə iqtisadi siyasətlə yaxın 5-10 ildə Neft Fondu boşalacaq, aktivləri tükənəcək, beləliklə də onun 144 milyon 270 min manatlıq hər mərtəbəsində 5-10 nəfər işçisi olan binasına da ehtiyac qalmayacaq”. 

Q. İabdoğlu deyir ki, AMB bir az da  gözləyib, birbaşa Neft Fondunun inzibatı binasına da   köçə bilərdi: “28 mərtəbəli “SOFAZ-Tower” binasının hazırda 18 açıq tipli ofis mərtəbəsinin hər birində orta hesabla 7-8 nəfər çalışır. 450 milyon manatla şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının hər birini mənzillə və avtomobillə təmin etmək olar”.

Bizi Telegram-da izləyin: t.me/indexaz