Image description

Ukrayna Dövlət Aviasiya Xidməti “SkyUp Airlines” aviaşirkətinə Lvovdan Bakıya müntəzəm reys yerinə yetirmək üçün icazə verib. Bu barədə qurumun məlumatında deyilir.

“Dövlət Aviasiya Xidmətində hava xətlərinin istismara verilməsi hüquqlarına dair məsələlərə baxılması üzrə Komissiyanın növbəti iclası keçirilib. Komissiyanın qərarı ilə “SkyUp Airlines” aviaşirkəti həftədə iki dəfə Bakıya reyslər yerinə yetirəcək”, - deyə məlumatda bildirilir.

“SkyUp Airlines” aviaşirkətinin Bakıya uçuşlar həyata keçirmək hüququ aprelin 1-dən qeyri-müəyyən müddətə qədər qüvvədədir.

İnterfaks-Azərbaycan