Image description


OPEC+ May ayından etibarən neft istehsalını mərhələli olaraq artırmaq barədə qərar qəbul edib.

OPEC+, istehsalın Mayda gündəlik 350.000 barel, İyunda 350.000 barel və İyulda gündəlik 400.000 barel olmaqla cəmi 1,1 milyon barel artırılması barədə qərar qəbul edib.

Qərardan sonra neft qiymətləri düşməyib, əksinə yüksəlib. Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 3,4% bahalaşma ilə 64,86 dollardan ticarət olunub.

Tələbin yaxşılaşması neft qiymətlərinin yüksəlməsinə səbəb olur.

Rusiya Baş nazirinin müavini Aleksandr Nova, "Bazardakı hərəkətləri yaxından izləməliyik və həddindən artıq "qızma" ya da ciddi bir kəsir meydana gəlməsinə icazə verməməliyik" deyib.