Image description

"Sun Food" MMC "Salt LTD" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 2084-cü məhəllə ünvanına bildirə bilərlər.

"Salt LTD" MMC də təsisçinin qərarına əsasən "Sun Food" MMC-yə qoşularaq ləğv olunduğunu elan edib.

"Azərsun Holdinq"ə daxil olan "Sun Food" ixrac fəaliyyəti ilə məşğuldur. "Sun Food" özəl ixracatçı subyektlərin fevral ayı üzrə reytinqində 8-ci yerdə olub. Şirkət 5,8 milyon dollarlıq məhsullar ixrac edib.