Image description

Bu ilin mart ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 397,7 mln ABŞ dolları məbləğində vəsait satılıb.

İndex.az ARDNF-ə istinadən xəbər verir ki, bu, 2020-ci ilin mart ayı ilə müqayisədə 1 530,6 mln ABŞ dolları və ya 4,8 dəfə azdır.

Daha əvvəlki fevral ayı ilə müqayisədə isə Fond tərəfindən valyuta satışının həcmi 39,6 min ABŞ dolları və ya 9,05 % azdır.

Xatırladaq ki, ARDNF tərəfindən 2020-ci ilin mart ayında 1 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu ilin fevral ayında isə ARDNF tərəfindən 437,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb