Bu il Azərbaycan Rusiyaya ixracını artırıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Rusiya arasında ümumi dəyəri 2 milyard 345 milyon 140,95 mln ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 150 milyon 222,31 min ABŞ dolları və yaxud 6,84% çoxdur.

Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 8,96%-nə bərabər olub.

Bu ilin on ayında Azərbaycanın Rusiyaya ixracının dəyəri 696 milyon 928,03 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 131 milyon 368,29 min ABŞ dolları və yaxud 23,22% çoxdur.

Azərbaycanın Rusiyaya idxalının dəyəri isə 1 milyard 648 milyon 212,91 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 18 milyon 854,02 min ABŞ dolları və yaxud 1,16% çoxdur.

Azərbaycanın Rusiyaya ixracı ümumi ixracının 4,14%-nə, Rusiyadan idxalı isə ümumi idxalının 17,66%-nə bərabər olub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT