Azərbaycan Türkiyədən idxalını artırıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 3 milyard 497 milyon 727,24 mln ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 93 milyon 964,45 min ABŞ dolları və yaxud 2,61% azdır.

Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 13,36%-nə bərabər olub.

Bu ilin on ayında Azərbaycanın Türkiyəyə ixracının dəyəri 2 milyard 9 milyon 695,15 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 310 milyon 7,52 min ABŞ dolları və yaxud 13,36% azdır.

Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 1 milyard 488 milyon 32,09 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 216 milyon 110,74 min ABŞ dolları və yaxud 17% çoxdur.

Azərbaycanın Türkiyəyə ixracı ümumi ixracının 11,93 %-nə, Türkiyədən idxalı isə ümumi idxalının 15,94%-nə bərabər olub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT