Image description

“Kapital Bank”ın törəmə şirkəti olan "BirKart BOKT" MMC-nin nizamnamə kapitalı 2021-ci ildə ikinci dəfə artırılıb.

"BirKart"ın nizamnamə kapitalı 1 milyon 75 min manat və ya 21.5% artırılaraq 6 milyon 65 min manata çatdırılıb.

Sonuncu dəfə ötən ilin 2021-ci ilin yanvarında kapital artırılmışdı. Həmin zaman BOKT-un kapitalı 16.6% artımla 4 milyon 280 min manatdan 4 milyon 990 min manata çatdırılmışdı.

Şirkətin 2020-ci ilin iyununda nizamnamə kapitalı üzrə 2 dəfə artım qərarı vermişdi. Həmin ilin iyununda 5.5 dəfə artımla 2.75 milyon manata, sentyabrında isə 81.5% artımla 4 280 min manata çatdırılıb.

Beləliklə son bir ildə nizamnamə kapitalını 12 dəfədən çox artırdı.

“BirKart BOKT” 2018-ci ilin mayında yaradılıb. Şirkətin yeganə səhmdarı “Kapital Bank”dır.

Banker.az