“Qanunsuz” və “yalançı” sahibkarlarla bağlı tədbir görüləcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Ötən il sahibkarlıq subyektləri üçün pandemiyanın mənfi təsirləri baxımından mürəkkəb dövr olub. Lakin aparılmış çoxşaxəli şəffaflaşma siyasəti və səmərəli vergi islahatları nəticəsində bir sıra göstəricilər üzrə müsbət dinamika müşahidə edilib.

İndex.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, vergi sistemində aparılan islahatlar nəticəsində aktiv vergi ödəyicilərinin sayı 24,2%, aktiv ƏDV ödəyicilərinin sayı 17,4%, aktiv təsərrüfat obyektlərinin sayı 8,6%, topdan ticarət sahəsində elektron qaimə-fakturalar üzrə dövriyyə 3,3% artıb: “Bundan başqa, əmək müqavilələrinin sayında 9,6%, o cümlədən qeyri-neft sektorunun qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 24%, cəmi əməkhaqqı fondunun həcmində 23,5%, məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmaların həcmində isə 21,6% artım qeydə alınıb”.

S.Musayeva COVID-19 pandemiyası dövründə sahibkarlara göstərilən maliyyə dəstəyi barədə də məlumat verib. Bildirib ki, bu ilin dekabr ayının 1-nə olan məlumata görə, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi mikrosahibkarlara maliyyə dəstəyi proqramı üzrə ayrılmış vəsaitdən 113 milyon 55,9 min manat 107,385 vergi ödəyicisinin bank hesabına köçürülüb: “Muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi ilə bağlı ayrılmış vəsaitdən isə 250 milyon 53,2 min manat 25.155 vergi ödəyicisinin bank hesabına köçürülüb. Həmin vəsait 243.517 muzdlu işçini əhatə edib”.

DVX-nin rəis müavini bildirib ki, “kölgə iqtisadiyyatı”nın və vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində işlərin davam etdirilməsi, vergi münasibətlərinin bütün iştirakçılarının fəaliyyətində şəffaflığın təmin edilməsi, “qanunsuz” və “yalançı” sahibkarların yaratdığı ədalətsiz rəqabət şəraitinin ləğvi ilə bağlı bir sıra islahatlar həyata keçirilir: “Bütün bunların davamı olaraq, vergidən yayınma hallarının aradan qaldırılması və büdcə daxilolmalarının tam həcmdə və vaxtında yığılmasının təmin edilməsi məqsədilə iqtisadi münasibətlərin şəffaflaşdırılmasının, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməsinin və könüllü əməletmə səviyyəsinin artırılmasının ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu nəzərə alınmaqla, qanunvericiliyə bir neçə əsas istiqaməti əhatə edən dəyişikliklər zərfi hazırlanıb. Məcəlləyə nəzərdə tutulan əlavə və dəyişikliklər ictimaiyyətin açıq müzakirəsinə təqdim edilib”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT