Sığorta bazarımız 12% böyüyüb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 705,7 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 401,211 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,6% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 55,7 manat olub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT