Bir neçə marşrutun hərəkət sxemləri dəyişdilirildi

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Fətəli Xan Xoyski küçəsindən Heydər Əliyev prospekti istiqamətində) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

İndex.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Buna da bax: Helikopter qəzası nəticəsində həlak olanların - SİYAHISI

Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar 2, 4, 5, 17, 24, 26, 38, 67, 202 və M8 nömrəli marşrutların hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, sözügedən marşrutların hərəkət sxemi müvəqqəti olaraq Faiq Yusifov, Əliyar Əliyev, Əhməd Rəcəbli, Gülarə Qədirbəyova küçələri ilə təşkil ediləcək.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT