“Azərsu”dan xəbərdarlıq: Bu şəxslərə pul verməyin!

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Abşeronda özünü "Azərsu"nun əməkdaşı kimi təqdim edən şəxsi sakinlər ifşa ediblər. Əlində dəftər qələmlə obyektlərə yaxınlaşıb su sayğacları ilə maraqlan şəxsin əslində niyyəti başqa olub. Onun davranışlarından şübhələnən vətandaşlar su idarəsi ilə əlaqə saxlayıblar. Həmin şəxsin "Azərsu"ya heç bir aidyyatının olmadığını öyrəniblər.

Index.az xəbər verir ki, su sayğaclarına baxaraq vətəndaşlardan pul istəyib. Hadisə Abşeronda Masazır kəndində qeydə alınıb.

Buna da bax: “Rövnəq müəllim yeni termin icad edib” sözünə SOCAR-dan - CAVAB

Özünü Rəşad Əsgərov kimi təqdim edən bu şəxs Abşerona işləmək üçün gəldiyini deyir. Sonra əlinə dəftər qələm alaraq obyektlərə yaxınlaşıb su sayğacları ilə maraqlanıb. Onun davranışlarından şübhələnən vətandaşlar su idarəsi ilə əlaqə saxlayıblar. Bundan sonra həmin şəxsin azərsuya heç bir aidyyatının olmadığını öyrəniblər.

Vətəndaşlar belə hallar əvvəllər də qarşılaşdıqlarını deyirlər.

Məsələyə Azərsu ASC-nin mətbuat xidmətinin rəisi Anar Cəbrayıllıda münasibət bildirib.

Rəşad Əsgərovu vətəndaşlar polisə təqdim etmək istəsələrdə həmin şəxs sonradan hadisə yerindən qaçıb.

Mənbə - Xəzər Xəbər

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT