Image description

"PAŞA Həyat Sığorta" 2020-ci ildə 21.8 milyon manat xalis mənfəət əldə edib.

"Index" şirkətin maliyyə hesabatına istinadən xəvər verir ki, 2019-cu illə müqayisədə sığortaçının xalis mənfəəti 10.2 milyon manat azalıb.

"PAŞA Həyat Sığorta"nın əməliyyat gəlirləri 115 milyon manat artaraq 312 milyon manata, əməliyyat xərcləri isə 125.8 milyon manat artaraq 282.6 milyon manata çatıb.

2020-ci il ərzində şirkət 243 milyon manat sığorta haqqı toplayıb ki, bu da illik 31.2 milyon manat artımdan xəbər verir. Bunun müqabilində şirkətin sığorta ödənişləri 223 milyon manat təşkil edib. Başqa sözlə, "PAŞA Həyat Sığorta"nın ödənişləri 2,2 dəfə artıb.