Image description

"PAŞA Sığorta" 2020-ci il ərzində 20.6 milyon manat məbləğində xalis mənfəət əldə edib.

"Index" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə şirkətin xalis mənfəəti 10.4 milyon manat azalıb.

Şirkətin əməliyyat gəlirləri 26 milyon manat artaraq 177.2 milyon manata, əməliyyat xərcləri isə 36.9 milyon manat artaraq 148.1 milyon manata çatıb.

Ötən il ərzində "PAŞA Sığorta" 154.7 milyon manat sığorta haqqı toplayıb ki, bu da illik 9.2 milyon manat artımdan xəbər verir. Bunun müqabilində il ərzində şirkət 71.5 milyon manat məbləğində sığorta ödənişləri edib ki, bu da 1 il öncəki göstəricidən 18.7 milyon manat çoxdur.