Bağlanan bankın keçmiş sədri "Unibank"da irəliləməyə davam edir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Unibank" səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarına əsasən, Fərid Abuşov İdarə heyəti sədrinin birinci müavini təyin edilib.

Bu barədə İndex.az-a bankdan bildirilib.

Buna da bax: Əməliyyat zərərində olan banklar - SİYAHI

Bu təyinatadək o İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

Fərid Abuşov eyni zamanda "Unibank"ın icraçı direktoru vəzifəsinə də təyinat alıb.

Buna da bax: Bu gün banklar 105 milyon dollar alıb - HƏRRAC

Bildirək ki, Fərid Abuşov 2017-ci ildə tənzimləyicinin qərarı ilə ləğv edilən "Dəmirbank" ASC-nin İdarə Heyəti sədri kimi çalışıb. O, bu bankın ləğvindən sonra Əmanətlərin Sığortalanması Fonduna (ADIF) baş direktora məsləhətçi təyin edilib və 2019-cu ilin iyunundan "Unibank"a gəlib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT