Image description

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 160,445 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15,9% azdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 100,17 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2 dəfə çoxdur.
Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 62,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu rəqəm 25,8 manat olub.