Image description

Ötən il avqust ayında dövlət qeydiyyatına alınmış "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC həmən ili 221 min manat xalis zərər ilə başa vurub.

Şirkət ötən il 17 min 741 manat sığorta haqları toplayıb, sığorta ödənişləri isə həyata keçirtməyib. Şirkət bu ildən aktiv fəaliyyətə başlayır.

Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC Azərbaycanda aqrar sığorta mexanizminin yaradılması üçün həyata keçirilən tədbirlər çərçivəsində yaradılıb.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin yaradılması üçün təsis yığıncağı iyulun 24-də keçirilib. Yığıncaqda yeni şirkətin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 sığorta şirkəti iştirak edib və şirkətin təsis edilməsi haqqında qərar verilib.

Təsis qərarından sonra şirkətin fəaliyyətinə icazə verilməsi üçün Azərbaycan Mərkəzi Bankına (AMB) ilkin müraciət göndərilib. AMB tərəfindən ilkin müraciətə cavab verildikdən sonra şirkətin dövlət qeydiyyatına alınması üçün müraciət edilib.

Qeyd edək ki, AMB-nin 2020-ci il 4 mart tarixli qərarı ilə Müştərək Aqrar Sığorta Şirkətinin minimum nizamnamə kapitalı 1 milyon manat həcmində müəyyən olunub.

Ölkədə qeyri-həyat sığorta fəaliyyəti ilə məşğul olan bütün şirkətlər “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin fəaliyyətində iştirak edə bilər.

Marja